ABŞ-nin "Delta Airlines" və Britaniyanın "British Airways" aviaşirkətləri İsrailə bütün uçuşları dayandırdığını elan edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, başqa aviaşirkətlər də eyni addımı atmağa başlayıb.
Son günlər Avropanın iki aviaşirkəti "Lufthansa" və "Austrian Airlines" İsrailə uçuşları dayandırmaq qərarına gəliblər. Bütün şirkətlər uçuşların regionda mövcud gərgin vəziyyət və uçuşların təhlükəsizliyi ilə əlaqələndirir.
Qeyd edək ki, bu gün ABŞ-ın başqa aviaşirkəti "United Airlines" şirkəti də İsrailə uçuşları dayandırdığını elan edib.