İsrail ordusunun gələcək hücum hərəkətləri ilə bağlı planlar hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının zabiti Ori Qordin bildirib.
“Gələcək hücum əməliyyatlarımız üçün planlar hazırdır, bütün bölmələr gözləmə rejimindədir”, - deyə İsrail zabiti qeyd edib.
Onun sözlərinə görə, İsrail əsgərləri ölkənin şimalındakı vəziyyəti dəyişmək və sakinləri evlərinə qaytarmaqda qətiyyətlidirlər.