Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini atəşə tutması nəticəsində 9-u uşaq olmaqla 66 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko məlumat verib.
“Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 6-dan 8-dək Kursk vilayətinin Ukrayna silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 66 nəfər, o cümlədən 9 uşaq yaralanıb”, - deyə Muraşko bildirib.
Nazir qeyd edib ki, Kursk vilayətinin tibb müəssisələrinə 38 nəfər yerləşdirilib, onlardan 5-i uşaqdır. Bildirilir ki, 19 nəfərə ambulator yardım göstərilib.