9 Avqust 14:13
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin HƏMAS Hərəkatının lideri Yəhya Sinvar İranla vəziyyət gərginləşməmişdən əvvəl İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlməkdə maraqlı olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kanal 12” (İsrail) HƏMAS mənbələrinə istinadla məlumat yayıb.

Dünən “The Wall Street Journal” da yazmışdı ki, Sinvarın hərəkat lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər.

Mənbənin fikrincə, o, İsraili güzəştə getməyə məcbur etmək üçün sərt və maksimalist mövqe tutacaq. Həmçinin nəşr iddia edir ki, İsrail İsmayıl Haniyədən sonra HƏMAS-ın yeni liderini də məhv etməkdə israrlıdır.

Haniyə iyulun 31-də İranın paytaxtı Tehrandan öldürülüb. Bundan sonra İran və “Hizbullah” Hərəkatı İsraildən qisas alınacağını bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər