10 Avqust 12:58
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus PUA Belarusun hava məkanının pozub.

Teleqraf.com BELTA-ya istinadla xəbər verir ki, insident barədə Belarus prezidenti Aleksandr Lukaşenko özü məlumat verib.

O bildirib ki, dünən yerli vaxtla saat 18:10-da Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib.

Prezidentin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Belarus Respublikasının hava məkanını şərq istiqamətində Kostyukoviç bölgəsindən pozub:

“Mən başa düşmürəm, bu, Ukraynaya nə üçün lazımdır, amma biz, dediyim kimi, bunu dəqiq müəyyən etdik və hər hansı təxribatın cavabsız qalmayacağı barədə Ukraynaya məlumat çatdırdıq”.

Aleksandr Lukaşenko hava sərhədini pozan PUA-ların məhv edildiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər