11 Avqust 23:12
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasındakı münasibətlər digər türk dövlətləri üçün nümunə olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu ŞKTC Parlamentinin sədri Zorlu Töre Macarıstanda Böyük Hun-Türk Qurultayı çərçivəsində təşkil olunmuş dəyirmi masanın iştirakçıları ilə görüşündə bildirib.

Müzakirələrdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un rəhbəri Sultan Raev, Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) sədri Mehmet Sürəyya Ər və başqaları iştirak ediblər.

Dəyirmi masa iştirakçılarına müraciət edən Töre qeyd edib ki, Lefkoşa Türk dünyasına böyük ümidlər bəsləyir. “Son vaxtlar Azərbaycanla münasibətlərimiz yeni mərhələyə keçib. Ümid edirəm ki, bu əlaqələr digər türk ölkələri üçün nümunə olacaq. Kipr türkləri Türk dünyasının ayrılmaz hissəsidir”, - deyə ŞKTC Parlamentinin sədri bildirib.

Onun sözlərinə görə, Türk Kipri Şərqi Aralıq dənizindəki türk dövlətlərinin maraqları baxımından strateji əhəmiyyət kəsb edir.

Töre türk xalqlarının dialoqunu və inteqrasiyasını təşviq edən bütün strukturları ŞKTC-yə daha çox diqqət yetirməyə çağırıb.


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər