Avstraliyanın Kvinslend ştatının Keyns şəhərində helikopterin bir otel binasına çırpılması nəticəsində ən azı iki nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, ABC telekanalı hadisə barədə məlumat yayıb.
Məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib və onların vəziyyəti stabildir. Şahidlərin ifadəsinə görə, qəza baş verdikdən sonra partlayış olub.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparır.