15 Avqust 12:58
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilə yanaşı, Avropa İttifaqı da TikTok platformasına qarşı qadağaları sərtləşdirib. Avropa Komissiyası hələ ötən ilin fevralında öz işçilərinə iş telefonlarında TikTok-u quraşdırmağı qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, növbəti qadağalar daha sərtdir:

“Məsələ budur ki, TokTok mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə platformasının funksionallığını genişləndirib. Bundan sonra istifadəçilər TikTok-un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş çat qrupları yarada bilərlər. Yaradılmış qrupda real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür.

Avropadakı rəqəmsal tənzimləyicilər uşaqlar arasında asılılıq problemlərini əsas gətirərək, istifadəçiləri videolara baxdıqlarına və yaradıcılarla əlaqə saxladıqlarına görə mükafatlandıran yeni TikTok funksiyasını məhdudlaşdırıblar. Avropa Komissiyası bildirib ki, TikTok tətbiqinin əlavə versiyası olan “TikTok Lite”a qarşı məhkəmə işi açıb.

Yeni proqramın əsas üstünlüyü onun 18 yaşdan yuxarı istifadəçilərə gündəlik daxil olmaqla videolara baxmaq, paylaşımları bəyənmək və TikTok-da dostları dəvət etməklə xal qazanmağa imkan verən “Çağırışlar və Mükafatlar” proqramıdır. İstifadəçilər bu xalları “Lite” tətbiqində gündəlik 85 dəqiqəyə qədər videoya baxaraq xallar qazana bilərlər. Xallar “Amazon” çekləri, hədiyyə kartları və ya “TikTok Coins” kimi mükafatlara çevrilə bilər, bu, yayımçılara və məzmun yaradıcılarına hədiyyələr göndərmək üçün istifadə edilə bilən daxili valyutadır.

Avropa İttifaqının daxili bazar komissarı Terri Breton deyib: “Biz “TikTok Lite”ın yüngül siqaretlər qədər zəhərli və asılılıq yarada biləcəyindən şübhələnirik”.

Mərkəzin ekspertləri deyirlər ki, ABŞ-də Çin ixtirası olan TikTok-la yanaşı, bu ölkənin casus şəbəkəsi ilə mübarizə də genişləndirilib:

“ABŞ-nin Casusluq Aktını pozmaqda ittiham etdiyi və barəsindəki ittihamı etiraf edən çinli tələbənin son işi Qərbin qaldırdığı narahatlıqları doğruldub. Xaricdə təhsil alan bir neçə çinli tələbə son illərdə ölkələri üçün casusluq etdiklərinə görə həbs edilib və mühakimə olunub. Kanada da oxşar həbslər həyata keçirilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər