ABŞ Konqresi 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri müxtəlif ehtiyaclar üçün 174,19 milyard dollar ayırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Dövlət Departamentinin və Pentaqonun baş müfəttişlərinin ofislərinin birgə hesabatında deyilir.
Xüsusilə, bu vəsaitlər Ukraynaya hərbi, büdcə, humanitar, inkişaf, eləcə də NATO müttəfiqlərinə və digər tərəfdaş ölkələrə təhlükəsizlik yardımlarına, ABŞ-ın Avropada gücləndirilmiş hərbi mövcudluğunu və fəaliyyətini təmin etmək, həmçinin Kiyevə silah göndərən ABŞ və digər ölkələrin hərbi ehtiyatlarını artırmaq üçün maliyyələşməyə yönəldilib.