İraqdan Türkyənin Şırnak vilayətinə motorlu paraşütlə keçmək istəyən 4 terrorçu məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz sosial media hesabında paylaşıb.
Məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına aid “AKINCI” PUA 4 nəfərin motorlu paraşütlə sərhəddi pozaraq Türkiyəyə keçdiyini müəyyən edib.
Terrorçular düşdükləri yerdə məhv ediliblər. Onların üzərindən 2 ədəd M-16 avtomat silahı, 2 ədəd M-4 avtomat silahı, 2 mobil telefon, 1 lazer məsafə ölçən, 1 ədəd “Glock” tipli tapança, 3 ədəd güllə darağı, 6 batareya bloku, 1 motosiklet akkumulyatoru və digər şeylər aşkarlanaraq götürülüb.