20 Avqust 00:35
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada genişmiqyaslı münaqişənin millətçi düşüncəli ukraynalı siyasətçilər tərəfindən başladıldığını bildirib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, dövlət başçısı həmçinin etiraf edib ki, Kiyevlə Moskva arasında münaqişə onun üçün şəxsi xarakter daşıyır.

O, Ukraynanın “quduz millətçi siyasətçiləri”ni genişmiqyaslı münaqişənin yaranmasında günahkar adlandırıb.

“Bütün bu qırğın mənim gözümün qabağında başladı. Bu millətçi elitaya Poroşenko, Zelenski və sair rəhbərlik edir” - Lukaşenko bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər