20 Avqust 02:00
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra Ukraynadan rekord sayda insanın çıxdığını deyib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, prezident bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin əməkdaşları qarşısında çıxışı zamanı deyib.

Ukrayna lideri vəzifəsi xaricdəki ukraynalıların ümumi maraqlarını qorumaq olacaq yeni bir qurumun yaradıldığını açıqlayıb:

“Milyonlarla insanımız başqa ölkələrdədir. Onların Ukrayna ilə əlaqələri və münasibətləri, bir millət olaraq maraqlarımızın qorunması - bütün bunlar yeni qurumun məsuliyyəti olacaq”, - deyə prezident bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər