Avropa İttifaqının Ali nümayəndəsi Jozep Borrell Rusiya silahlı qüvvələrinə qarşı Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə səhifəsində yazıb.
"Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemi lazımdır. Beynəlxalq hüquq normalarına uyğun olaraq, Ukraynaya qarşı təcavüzdə iştirak edən Rusiya hərbçilərinə qarşı silah tətbiqinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması Kiyevin özünümüdafiəsini gücləndirəcək, insanların həyatını xilas edəcək və Ukraynada dağıntıları azaldacaq", - о bildirib.