Gecə saatlarında Rusiyanın Rostov vilayətində neft və Voronej vilayətində silah-sursat anbarlarına PUA hücumu olub.
Teleqraf.com xəbər verir ki, gecə Rostovda 4 PUA vurulub. Yerli hakimiyyət orqanlarının ilkin məlumatına görə, itki yoxdur.
Hücumdan sonra neft məhsullarının saxlanması üzrə ixtisaslaşan, həmçinin Rusiya ordusunu neft məhsulları ilə təmin edən “Atlas” neft anbarında yanğın başlayıb.
Bundan əlavə, Voronej vilayətində silah-sursat anbarına hücum edilib, yerli mənbələr burada 8 PUA-nın məhv edildiyini açıqlayıb.