Kursk vilayətində gedən döyüşlərdə ingilis, gürcü və polşalı muzdlular iştirak edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səfiri Rodion Miroşnik deyib.
“Görüşdüyüm və təsdiqlənmiş məlumat aldığım şəxslər Kursk vilayəti ərazisində ingilisdillilərin, eləcə də gürcü ləhcəli insanlar və polyak birləşmələrinin göründüyünü bildiriblər”, - diplomat qeyd edib.
Miroşnik qeyd edib ki, bu barədə ona hərbçilərlə birbaşa təmasda olan mülki şəxslər məlumat verib.