15 May 2014 11:06
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müdafiə naziri Mixail Kovalın böyük oğlu Milli Qvardiyanın sıralarında xidmət edir və hazırda antiterror əməliyyatının keçirildiyi Slavyansk şəhəri ətrafındadır.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy öz “Feysbuk” səhifəsində yazıb.

M. Parubiy bildirib ki, nazirin oğlu Vladimir Koval hazırda Skavyansk ətrafındakı postda dayanıb: “Onun dəstəsi ilk günlərdən antiterror əməliyyatında iştirak edir. Onlar (ata və oğul) burada – ön xətdə görüşdülər. Nazir və əsgər. İkisi də Ukraynanı müdafiə edir”.


Müəllif: