3 Sentyabr 22:17
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Tehrandakı səfiri Yan Makkonvil İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in bəyanatında deyilir.

Buna səbəb səfirliyin "Instagram" hesabında LGBT ilə bağlı etdiyi paylaşımdır. İran Xarici İşlər Nazirliyinin regional rəhbəri bu hərəkəti kəskin şəkildə pisləyib və paylaşıma görə Avstraliya səfirliyinə kəskin etirazını bildirib. O qeyd edib ki, bu paylaşım İslama və İranın adətlərinə ziddir.

Makkonvil İranın mövqeyini öz ölkəsinə çatdıracağına söz verib.

Sentyabrın 1-də Avstraliya Səfirliyi "Instagram"da Avstraliyada qeyd olunan LGBT Həmrəylik Günü ilə bağlı paylaşım edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər