ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın ilk debatını Nyu-Yorkdan izləyəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer açıqlama verib.
Onun sözlərinə görə, Bayden 11 sentyabr hadisələrinin ildonümü ilə bağlı Nyu-Yorkda səfərdə olacaq.
Qeyd edək ki, sentyabrın 10-da yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 11 sentyabr saat 05.00) “ABC News” kanalında Kamala Harris və Donald Trampın ilk debatı təşkil olunacaq. Debat Filadelfiya Milli Konstitusiya Mərkəzində keçiriləcək. Paralel olaraq “ABC News Live”, “Disney+” and “Hulu”da canlı yayımlanacaq.