Kreml Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kazanda keçiriləcək BRİKS sammitində görüşünü səbirsizliklə gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Kazanda keçiriləcək BRİKS sammitində iki prezident arasında təmaslara ümid edirik. Ümid edirik ki, dövlət başçılarının belə bir fürsəti olacaq”, - Peskov bildirib.