İran Livanda partlayış nəticəsində zərərçəkənlərin müalicəsi üçün istənilən yardımı göstərməyə hazırdır.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçı livanlı həmkarı Abdallah Bouhabib ilə telefon danışığından sonra açıqlamasında deyib.
İran XİN rəhbəri həmçinin partlayışda ölənlərin ailələrinə, yaxınlarına başsağlığı verib, yaralılara şəfalar diləyib:
“Yaralıların müalicəsi, yaxud Tehrana çatdırılması üçün hər şeyi etməyə hazırıq”.
Qeyd edək ki, İsrailin Livanda rabitə vasitələrinə kiberhücumu nəticəsində indiyədək 8 nəfər ölüb, 2,8 min insan xəsarət alıb.