18 Sentyabr 20:37
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranda insan hüquqlarının pozulması və əks fikirli insanlara qarşı repressiv davranmaqda şübhəli bilinən 12 vəzifəli şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, adları açıqlanmayan bu şəxslər dinc aksiyaların zorakılıq yolu ilə dağıdılması, eləcə də ölkədən kənarda yaşayan bir sıra hakimiyyət əleyhdarlarının qətlinin sifarişində təqsirləndirilir.

Qeyd edilib ki, onların arasında İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri də var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər