20 Sentyabr 12:08
2 909
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanın Çinlə artan uran ticarətini araşdırır. Vaşinqton 2023-cü ilin sonundan bəri Çinin zənginləşdirilmiş uran idxalında kəskin artım müşahidə edib. Belə anlaşılır ki, Çin sanksiyalardan yayınmaqda Rusiyaya kömək edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin bu ilin ilk 5 ayı ərzində Rusiyadan 311 milyon dollarlıq uran və digər elementlər alıb:

“Ötənilki göztəriciyə görə isə Rusiya Çinə 440 milyon dollar dəyərində radioaktiv elementlər tədarük edib, bunun 418 milyon dolları zənginləşdirilmiş uranın payına düşüb.

ABŞ özü də Çindən zənginləşdirilmiş uran alır. Çin ABŞ-a 242 min 990 kiloqram zənginləşdirilmiş uran satıb. Halbuki keçmiş illərdə Amerika Çindən uran almırdı. Bu, belə şübhələr yaradır ki, ABŞ Çin üzərindən Rusiyaya məxsus zənginləşdirilmiş uran alır. Hər halda ABŞ Energetika Nazirliyi Çinlə Rusiya arasında uran ticarətini diqqətlə izləyir. Çin son illərdə uran bazarında daha böyük pay sahibi olmağa çalışır”.

Mərkəzin analitiklərinin fikrincə, Çin sabit uran tədarükünə ehtiyac duyacaq çoxlu sayda reaktor tikərkən, Rusiyadan tədarük də ona yanacağın ixracına kömək edə bilər:

“Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun son hesabatında bunlar yazılıb: “Çin dünya zənginləşdirilmiş uran bazarlarında özünə daha böyük rol oynamağa çalışdığı üçün Rusiyadan zənginləşdirilmiş uranın idxalının artması Pekinin ambisiyalarını həyata keçirməyə kömək edə bilər”.

Uran bazarında Qazaxıstanın da mühüm payı var. Bu ilin ilk 10 ayı ərzində Qazaxıstanda emal olunmuş uranın ixracından əldə olunan vəsait 2.46 milyard dollar təşkil edib. Bu rəqəm, ötən illə müqayisədə üç dəfə çoxdur. Qazaxıstan əsas tədarükünü iki qonşusuna – Rusiya və Çinə həyata keçirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər