Ukrayna qış başlayana qədər Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə ala bilər.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Lemmi deyib.
“Gözləntim budur ki, 2025-ci ilin çətin qışına yaxınlaşdığımız üçün qarşıdakı günlər və həftələrdə Ukraynanı lazım olan hər şeylə təmin etmək üçün çox güclü mövqedə olacağıq”, - nazir bildirib.
Lemmi Britaniya kəşfiyyatının məlumatı əsasında belə bir fikir də irəli sürüb: “Rusiya lideri Vladimir Putinin vəziyyəti daha da çətinləşəcək. Rusiya iqtisadiyyatı pis vəziyyətdədir. Üstəlik, Kreml sahibinə itkilərin öhdəsindən gəlmək çox çətin olacaq”.
Lemmi Ukraynanın müharibədəki uğurlarına da diqqət çəkib:
“Ukrayna artıq ələ keçirilən torpaqların yarısını geri almağı bacarıb, Putini Qara dənizdən çıxara bilib. Kursk bölgəsində hücuma keçdi, ümid edirəm ki, bu mövqeləri qoruyacaq. İndi payızdan qışa keçirik, Qərb öz cəsarətini və mütləq sadiqliyini nümayiş etdirməlidir”.