29 Sentyabr 19:33
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ noyabrda keçiriləcək prezident seçkilərindən sonra İraqdakı bəzi hərbi bazalarından qoşunlarını çıxarmağa başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu "Associated Press" açıqlayıb.

Agentliyin məlumatına görə, hərbçilər İraqın qərbindəki Ayn əl-Əsəd aviabazasını və Bağdad beynəlxalq hava limanını tərk edəcəklər. Həmçinin silahlı qüvvələrin bir hissəsi İraq Kürdüstanının Ərbil şəhərində yerləşən Hərir bazasına yerləşəcək.

Bu qərar ABŞ və İraq arasında İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq hərbi missiyanın məhdudlaşdırılmasına dair razılaşma fonunda qəbul edilib. Hazırda Yaxın Şərq ölkəsində 2,5 minə yaxın Amerika əsgərinin olduğu məlumdur.


Müəllif: Arzu

Oxşar xəbərlər