3 Oktyabr 01:11
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada sağalmaz və elm adamlarına az məlum olan Marburq virusu epidemiyası yayılmağa başlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Ruanda Səhiyyə Nazirliyi 30 rayonda 7 nəfərdə yoluxma hallarını aşkar etdikdən sonra ölkədə ilk epidemiyanın baş verdiyini təsdiqləyib. Təsdiqlənmiş hallar arasında 70 faizdən çoxu Kiqalidəki iki tibb müəssisəsinin tibb işçiləri idi " - məlumatda deyilir.

Xüsusilə, mütəxəssislər infeksiyada şübhəli bilinən bir nəfərin Ruandanı tərk etməsindən narahatdırlar. Bundan əlavə, virusun mənşəyi və necə yayıldığı məlum deyil.


Müəllif: Arzu

Oxşar xəbərlər