8 Oktyabr 00:37
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” tezliklə Rusiyada terror təşkilatları siyahısından çıxarılacaq.

Teleqraf.com yerli mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Oktyabrın 4-də FSB direktoru Aleksandr Bortnikov bəyan edib ki, Rusiya “Taliban”ın terror təşkilatları siyahısından çıxarılması prosedurunu başa çatdırır. Onun sözlərinə görə, Əfqanıstan hakimiyyətinin addımları dövlətdə asayişin bərqərar olmasına və sabitliyin qorunmasına yönəlib.

Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov da bildirib ki, “Taliban” hərəkatının terrorçular siyahısından çıxarılması ilə bağlı qərar artıq ən yüksək səviyyədə qəbul edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər