16 Oktyabr 18:04
6 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin planına görə, son nəticədə Moldova Rumıniyanın bir hissəsi olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Axırda moldovalılara nə söyləyəcəklərini təsəvvür edə bilərsinizmi? Heç nə deməyəcəklər, çünki artıq Moldova olmayacaqlar. Qərbin fikrincə, onlar Rumıniyanın bir hissəsinə çevrilməlidir.

Moldovanın rumınlaşması, Moldovanın Rumıniya tərəfindən mənimsənilməsi prosesi gedir. Bu, onilliklər, əsrlər boyu davam edən tarixi döyüşdür və indi sadəcə olaraq yeni səviyyəyə çatıb”, - Zaxarova bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər