26 Noyabr 22:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeddilik ölkələri (G7) Rusiyanın “Oreşnik” orta mənzilli raket sisteminin buraxılışını rəsmi Moskvanın ehtiyatsız davranışının sübutu kimi qiymətləndirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliyanın Fiyuggi şəhərində keçirilən görüşün yekunları üzrə qəbul edilmiş Xarici İşlər nazirlikləri rəhbərlərinin bəyanatında deyilir.

“Rusiyanın noyabrın 21-də orta mənzilli ballistik raketdən istifadə etməsi onun diqqətsiz və təxribatçı davranışının növbəti nümunəsidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz sarsılmaz olaraq qalacaq”, - bəyanatda deyilir.

Qeyd edək ki, noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Amerikanın "ATACMS" və Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyadakı hədəflərə hücumlarından sonra xüsusi çıxış edib. Dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya Dnepropetrovskdakı ( Ukrayna adı - Dnepr) "Yujmaş" hərbi zavodunu ən son "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək vurub.


Müəllif: Arzu

Oxşar xəbərlər