26 Noyabr 23:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bank of China”nın Direktorlar Şurasının sabiq sədri və keçmiş partiya katibi Lyu Lyanqe rüşvətxorluğa görə edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Şandonq əyalət məhkəməsi qərar qəbul edib.

Lyanqe günahını etiraf edib və mənimsədiyi pulun böyük hissəsini qaytarıb. Buna görə də hökmün icrası iki il müddətinə təxirə salınıb. Bu müddət ərzində o, yeni cinayətlər törətməsə, edam ömürlük həbslə əvəzlənəcək.

Lyanqe vəzifədə olduğu müddətdə 17 milyon dollardan çox rüşvət alıb və 3,32 milyard yuandan çox krediti qanunsuz olaraq təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər