ABŞ seçkilərində qalib gələn Donald Trampın komandası yeni diplomatik təkan çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla birbaşa danışıqlar aparmaq imkanını nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın komandasının fikrincə bu cür səylər silahlı münaqişə risklərini də azalda bilər. Trampın əsas məqsədi Vaşinqton və Pxenyan arasında əsas qarşılıqlı əlaqələri bərpa etməkdir , lakin gələcək siyasi vəzifələr və onların dəqiq qrafiki hələ müəyyən edilməyib.
Nəşr qeyd edir ki, KXDR ilə birbaşa danışıqların təşkili Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı xarici siyasəti ilə bağlı problemlərə görə ikinci dərəcəli ola bilər .