"Livanla atəşkəsin imzalanması tarixi səhvdir".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
"Bu, atəşkəs deyil. Bu, sükut müqabilində susmaq anlayışına qayıdışdır və biz bunun hara apardığını artıq görmüşük. Livanla razılaşma müharibənin əsas məqsədinə, yəni evakuasiya edilmiş on minlərlə sakinin öz evlərinə qayıtmasına cavab vermir. Livan ordusu heç bir səlahiyyətə malik deyil. Onlar "Hizbullah" hərəkatını məğlub edə bilməyəcək" - nazir deyib.
Ben-Qvirin sözlərinə görə, Livandan çəkilmək üçün İsrailə öz təhlükəsizlik kəməri lazımdır.