20:29
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Afinaya tədarük edilən Rusiya silahlarının Rusiya Federasiyasının razılığı olmadan təkrar ixracını qadağan edən ikitərəfli sazişləri xatırladır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Yunanıstanın Ermənistana S-300 hava hücumundan müdafiə sistemi və Rusiya istehsalı olan TOR-M1 və Osa-AKM zenit sistemlərini təhvil vermək niyyəti ilə bağlı mətbuatda yayılan xəbərləri belə şərh edərkən bildirib.

Onun sözlərinə görə, Yunanıstan tərəfdən bu barədə heç bir müraciət olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər