Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə atası ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, sənətçi valideyni Hilal bəylə fotosunu izləyiciləriylə bölüşərək onun doğum gününün olduğunu bildirib:
Namiq paylaşımına "Atam, həm atamızdır, həm də anamızın yadigarı. Bu gün onun 83 yaşı tamam olur. Nə qədər könlümüz açılmasa da, çalışırıq müxtəlif bəhanələrlə əhvalımızı qaldıraq. Allah bütün böyüklərimizi qorusun" sözlərini yazıb.
Qeyd edək ki, sentyabrda Namiq Qaraçuxurlunun anası Qənirə xanım dünyasını dəyişib. Mərhum uzun müddət qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkib.