21 Dekabr 18:21
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kazana zərbə Kiyev tərəfindən hərbi uğursuzluqlara və Rusiyada uğurlu BRİKS sammitinə görə qisas aktıdır".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, döyüş meydanında özünü gücsüz hiss edən Ukrayna hakimiyyəti Rusiyanın dinc əhalisinə qəzəbini çıxarır:

"Kazana hücum Rusiyanın iqtisadi cəhətdən inkişaf etmiş regionlarından birinin sakinlərini qorxutmaq cəhdidir. Ukrayna mediasında və teleqram kanallarında hadisələr sadist şəkildə işıqlandırılır".


Müəllif: Arzu