16:02
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun bombardmanı nəticəsində Qəzza zolağında son sutkada daha 62 nəfər həlak olub.

Teleqraf.com xəbər verir, bu barədə “Al Jazeera” məlumat yayıb.

Qeyd olunub ki, atəşkəs danışıqlarına baxmayaraq, israilli hərbçilərin sözügedən bölgəyə hücumları səngiməyib.

Deyr Əl-Bələx, Nuseyrat və Bureyc qaçqın düşərgələri bombardman edilib.

Ötən gün qeydə alınan itkilərdən sonra Qəzzada müharibə qurbanlarının ümumi sayı 46707 nəfərə çatıb.

Yaralı sayı 110265 nəfər təşkil edir.

Xatırladaq ki, dünən İsrail və HƏMAS-ın atəşkəslə bağlı danışıqların son mərhələsində olduğu bildirilirdi.

Bu xəbərdən sonra İsrailin paytaxtı Təl-Əvivdə minlərlə şəxs sözügedən razılaşmanı dəstəkləyərək, HƏMAS tərəfindən əsir götürülənlərin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirib.

Qüdsdə isə bir qrup şəxs isə yürüş keçirərək, müharibənin davam etməli olduğunu bildirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər