16:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Rusiya alüminiumuna və mayeləşdirilmiş təbii qazına qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu tədbirlər yeni sanksiyalar paketinin bir hissəsi olaraq gündəmə gəlib.

Sanksiyalar, həmçinin Rusiyanın kölgə neft tanker donanmasına və hərbi məqsədlər üçün istifadə olunan mallarına ixrac nəzarətini ehtiva edir.
Yeni sanksiyalar paketi Rusiya LNG-sinin tədarükünün mərhələli şəkildə dayandırılmasına da şamil ola bilər. Təkliflər hələ üzv dövlətlər arasında müzakirə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər