Rusiya və Ukrayna danışıqlar nəticəsində "25-ə 25" formatında əsir mübadiləsi həyata keçiriblər. Rusiya hərbçiləri hazırda Belarusdadırlar və onlara yardım göstərilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, azad edilən bütün hərbçilər Rusiyaya gətiriləcək və burada müalicə olunacaqlar.