09:53
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüvə obyektləri hədəfə alınacağı təqdirdə, İran özünü müdafiə etməyə hazır olacaq.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Əlbəttə, istənilən hərəkətə reaksiya verəcəyik. Müharibədən qorxmuruq, amma buna can atmırıq. Mən bunun baş verməyəcəyinə ümid edirəm, çünki bu, təkcə bizim deyil, bütün aktorların ziyanına olacaq”, - prezident belə deyib.

Pezeşkian İranın nüvə silahı əldə etmək istədiyini bir daha inkar edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər