17:05
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp administrasiyasının Ermənistanın ABŞ ilə imzaladığı strateji tərəfdaşlıq haqqında sazişə yanaşması fərqli ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armina Marqaryan deyib.

Analitik Tramp dövründə sözügedən sənədin kağız üzərində qala biləcəyini istisna eləməyib:

“Əslində, bu narahatlıq normaldır, çünki Tramp yeni yanaşmalarla gəlir və bu yanaşmalar öz əksini tapacaq. Sənədin gedən administrasiya (Co Bayden) dövründə imzalanması işimizi çətinləşdirir. Bu çərçivədə Tramp administrasiyası dönəmində strateji tərəfdaşlığı təsdiqləmək üçün əlavə səylər göstərilməlidir”.

Marqaryan, həmçinin qeyd edib ki, bu gün dünyada bir mövcudat kimi strateji tərəfdaşlıq kifayət qədər nüfuzdan salınıb:

“Buna görə də, ABŞ ilə strateji əməkdaşlıq statik sənəd deyil, yəni ona vaxtaşırı yenidən baxılmalıdır. Gürcüstanı misal çəkmək istəyirəm, Tbilisinin də ABŞ ilə tərəfdaşlıq sənədi vardı, amma son hadisələrə görə ABŞ Gürcüstanla münasibətini yenidən nəzərdən keçirdi”.

Ermənistan Baş naziri Nikol Paşinyanın Trampla telefon danışığına diqqət çəkən ekspert əlavə edib ki, bu, vacib olsa da, hər şey buna bağlı olmayacaq: “Bu, Ermənistan və ABŞ arasında gözlənilən əməkdaşlıq kontekstində həlledici ola bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər