Gürcüstanın “İmedi” telekanalı sabiq baş nazir Giorgi Qaxariyanın iştirak edtiyi fiziki qarşıdurmanın videosunu yayımlayıb.
Teleqraf.com xəbər verir ki, kadrlardan insidentə G.Qaxariyanın səbəb olduğu və bunun ardınca “Gürcü Arzusu”nun deputatı Dmitri Samxaradzenin ona cavab verməsi aydın görünür.
Qeyd edək ki, hadisə Batumidəki “Şeraton” mehmanxanasında baş verib. Nəticədə, G.Qaxariyanın burnu sınıb və o, xəstəxanaya aparılıb.
Faktla bağlı zorakılıq maddəsi ilə istintaq aparılır.