Beynəlxalq Enerji Agentliyi bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,956 milyon barrelə çatacağını proqnozlaşdırıb. Beynəlxalq Enerji Agentliyi qlobal neft hasilatının ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 20 min barel artaraq 103 milyon 530 min barrelə çatdığını bildirib.
Teleqraf.com xəbər verir ki, agentliyin 2024-cü ilin dekabr ayı üzrə neft bazarı hesabatına görə, keçən ay Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft tədarükü əvvəlki ayla müqayisədə gündəlik təxminən 220 min barrel artaraq 27 milyon 430 min barrelə çatıb.
Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 620 min barel olub. Belə ki, OPEK-in ümumi neft tədarükü ötən ay gündəlik 33 milyon 60 min barel qeydə alınıb. Bu, əvvəlki ayın səviyyəsindən gündə təxminən 230 min barel çoxdur.
OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə təxminən 220 min barrel azalaraq 70 milyon 470 min barel olub.
Beləliklə, qlobal neft təklifi əvvəlki ayla müqayisədə gündəlik təxminən 20 min barel artaraq 2024-cü ilin dekabrında 103 milyon 530 min barrelə çatıb.Artıma son illərdə ən yüksək aylıq istehsal göstəricilərini qeyd edən Nigeriya və Liviya rəhbərlik edib.
OPEC+ hasilatı sutkada təqribən 270 min barel artaraq 41 milyon 700 min barelə yüksətldiyi halda, qeyri-OPEC+ hasilatı gündəlik təxminən 240 min barrel azalaraq 53 milyon 400 min barrelə düşüb.
Agentliyin məlumatına görə, OPEC+ qrupu könüllü olaraq tədarük ixtisarını yüngülləşdirməzsə, qlobal neft tədarükü 2025-ci ildə ötən illə müqayisədə gündəlik təxminən 1,8 milyon barel artaraq 104,7 milyon barrelə çatacaq.
Proqnozlaşdırılan hasilat artımının gündə təxminən 1,5 milyon barelinin OPEC+ üzvü olmayan ölkələrin payına düşəcəyi təxmin edilir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, ötən il qlobal neft tələbatı əvvəlki ilə nisbətən gündəlik 936 min barrel artaraq 102,9 milyon barrel olub.
Müvafiq olaraq, qlobal tələbat bir neçə durğun rübdən sonra ötən ilin son rübündə müəyyən qədər sürət qazanıb. Gündəlik təxminən 1,5 milyon barel olub. Bu, 2023-cü ilin son rübündən bəri ən güclü artımdır.