15:58
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın digər ölkələrlə əməkdaşlıq müqavilələrinin imzalanması ilə bağlı fəaliyyəti Ermənistan və onun xalqı üçün mürəkkəb nəticələrə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

“Qorxuram ki, Ermənistan nümayəndələrinin bütün sahələri əhatə edən müxtəlif ölkələrlə əməkdaşlıq müqavilələri imzalamaqla bağlı artan fəallığı bu ölkə və onun xalqı üçün gözlənilməz və mürəkkəb nəticələrə səbəb olsun”, - o qeyd edib.

Karasinin sözlərinə görə, bu sənədlərin ciddi şəkildə hazırlanması və Ermənistanın artıq digər tərəfdaşları və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərlə uyumlu olub-olmaması suallar doğurur:

“Xüsusilə, bu, KTMT və Avrasiya İqtisadi Birliyi məsələlərinə aiddir. Tarixən məlumdur ki, siyasətdə həvəs çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır”.

Qeyd edək ki, dünən Vaşinqtonda Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər