15:59
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ölkədə keçirilən ümumi tətilə qoşulub.

Teleqraf.com xəbər verir ki, o, Tbilisidəki aksiyaya qatılaraq dəstəyini ifadə edib.

Keçmiş dövlət başçısı tətili dinc etiraz aksiyası adlandırıb.

Aksiyaya münasibət bildirən Gürcüstan parlamentinin üzvü Quram Maçaraşvili onun tətil deyil, fasilə olduğunu deyib.
“Üç saatlıq fasilə elan edilib. Fasilənin elan olunması tətil deyil”, - o vurğulayıb.

Qeyd edək ki, tətilin başa çatmasından sonra iştirakçılar parlament binası qarşısındakı növbəti aksiyaya qoşulacaqlar.

***

15:24

Gürcüstanda yüzlərlə şirkətin qoşulduğu ümumi tətil başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün saat 18:00-dək davam edəcək üç saatlıq tətil xəbərdarlıq xarakteri daşıyır.

Tbilisidə və digər şəhərlərdə müxtəlif binalarda etiraz bannerləri asılıb.

Aksiyanın əsas tələbləri etirazlar zamanı saxlanılanların azadlığa buraxılması və yeni seçkilərin təyin edilməsidir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər