Ermənistan tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.
“Ermənistan-ABŞ strateji əməkdaşlığı” adlı sənədlə tanış oldum. Bu janrın qaydalarına görə, Nikol Paşinyan tezliklə Ermənistanın KTMT-dən çıxdığını elan edəcək.
Öz növbəsində Rusiya bəyan edib ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqı (Aİ), həm də Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü ola bilməz. Bəllidir ki, Nikol Paşinyanın xarici siyasəti vətənimizə növbəti fəlakət gətirmək təhlükəsi ilə avantürizm sferasında qalmaqda davam edir.
İstənilən dövlət qərarı vətənin mənafeyinə əsaslanaraq, həmin qərarın nəticələrini hərtərəfli hesablanmalıdır. Bu arada, bu işdə başqalarının maraqlarından irəli gələn tələskənlik göz qabağındadır. Bu, o deməkdir ki, istisnasız olaraq hamımızın əziyyət çəkəcəyi ağır nəticələr ola bilər”, - Vanetsyan vurğulayıb.