15:28
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Üçüncü Dünya müharibəsi olduqca mümkün görünür.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi analitik Yevgeni Dikiy deyib.

“Məncə, bu, bizim üçün ən pis variant deyil. Biz onsuz da müharibə vəziyyətindəyik. "Soyuq müharibə" dövründə Finlandiya və ya Əfqanıstanın oynadığı rol indi bizdə olduğu üçün birbaşa belə bir qarşıdurmada maraqlıyıq”, - ekspert bildirib.

Dikiy əlavə edib ki, dünya dağıdıcı mərhələyə qədəm qoyub:

“2022-ci ildən sonra durum çox dəyişdi, 2024-cü ildən sonra isə daha çox dəyişdi. Köhnə dünyanın məhv edilməsi mərhələsi tamamilə idarəolunmazdır. Bu dağıdıcı proses müəyyən bir nöqtəyə çatmalıdır ki, bundan sonra yeni dünyanın qurulmasına başlanılsın. Yanvarın 20-dən etibarən qlobal proseslərə dünyanın iki ən böyük iqtisadiyyatı və dünyanın üç ən böyük nüvə arsenalına malik dövlətin liderləri - Putin, Tramp və Si rəhbərlik edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər