PKK terror təşkilatının lideri Abdullah Öcalan ev dustaqlığına buraxılmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu “Hürriyət” qəzetinin yazıb.
Nəşrin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna qarşıdır:
“Ərdoğan dünən səhər yeməyində deputatlarla görüşüb. Burada ona Öcalanın ev dustaqlığına buraxılıb-buraxılmayacağı ilə bağlı sual da verilib.
Prezident Ərdoğanın cavabı belə olub:
“Ev dustaqlığı deyilən bir şey yoxdur. Adam özü də çıxmaq istəmir. Bunu hardan çıxarıblar? Onu bağışlamaq deyə bir şey yoxdur. Körpə qatili əfv oluna bilməz”.
Ardınca Ərdoğan ədliyyə naziri Yılmaz Tunca müraciət edərək, vurğulayıb: “Bunu xalqa çatdırın”.