10:25
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana hücuma hazırlaşan ABŞ öz qüvvələrini Ermənistana göndərəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

“ABŞ dövlət katibi bildirib ki, Vaşinqton gələn həftə Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcək. Yəni gələn həftədən ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işə başlayacaqlar. Beynimizə bir az güc vermək və bu reallığı düzəltmək vaxtı çatıb: onlar İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanlarıdır.

İndi gəlin birlikdə düşünək, iranlılar Amerika hərbi agentlərinin öz sərhədlərinin ən mühüm hissəsində peyda olacağına necə reaksiya verəcəklər?

Anlaya bilmirəm, Ermənistan hakimiyyəti saxta Avropa İttifaqı referendumu və ABŞ ilə guya “strateji sənəd” imzalamaqla ölkəni belə panika halında intihara sürükləmək qərarına gəlib?”, - analitik belə bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər