Şimali Atlantika Bloku təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Baltik dənizində hərbi infrastruktur yaratmağa çalışır ki, bu da əslində Rusiyaya qarşı yönəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Die Junge Zeitung” qəzeti yazıb.
Qeyd edək ki, yanvarın 14-də NATO "Baltik Qvardiyası" əməliyyatına başlayıb.
Alyansın baş katibi Mark Rutte Helsinkidə keçirdiyi mətbuat konfransında bildirib ki, NATO Finlandiya ilə Estoniyanı birləşdirən “Est Link 2” sualtı kabelinin zədələnməsi hadisəsindən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətindədir.