Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Teleqraf.com xəbər verir ki, seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılar iştirak ediblər.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.