Çeçenistanın Martanovski rayonunda partladıcı qurğunun işə düşməsi nəticəsində 5 rusiyalı hərbçi yaralanıb.
Teleqraf.com-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə 18.00 radələrində Şalaji yaşayış məntəqəsinin yaxınlığında, meşə zolağında baş verib. “Əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman beş hərbçi müəyyən edilməmiş partladıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb”, deyə mənbə bildirib.
Yaralılar ucqar dağ ərazidən təxliyə olunub, araşdırma aparılır.